Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Ultra Technologies” şirkəti ilə müqaviləyə imza atıb.
Gundelik.az bu barədə universitetdən məlumat əldə edib.
Belə ki, müqavilədə “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” PHŞ üçün İT avadanlıqların satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri 3 milyon 844 min 979 manat olaraq müəyyənləşib.
