İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Access Bank”da problemli kreditlər 10%-dən çox artıb

Bu il aprelin 1-nə “Access Bank” QSC-nin 77,9 milyon manat problemli kreditləri olub.

Gundelik.az xəbər verir ki, bu barədə Yurd.Media-ya Bankdan bildirilib.

Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 10,9% çoxdur.

Vaxtı keçmiş kreditlərin həcminə görə hazırda “Access Bank” ölkə bankları arasında ilk 5-dədir.

Qeyd edək ki, “Access Bank” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 121,75 manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır (9,36%).