Gundelik.az Dünya ABŞ vizasız rejim proqramına daxil olan ölkələrin sayını 50-yə çatdırıb
Dünya Xəbərlər

ABŞ vizasız rejim proqramına daxil olan ölkələrin sayını 50-yə çatdırıb

ABŞ administrasiyası viza müraciətləri üçün 5000 dollardan 15000 dollara qədər depozit tələb edən ölkələrin sayını 50-yə çatdırıb.

ABŞ Dövlət Departamentinin veb saytında dərc olunan məlumata görə, əvvəllər 38 ölkənin daxil olduğu siyahıya daha 12 ölkə əlavə edilib.

Daxil olan ölkələr Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaraqua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunisdir.

Beləliklə, viza müraciətləri üçün 5000 dollardan 15000 dollara qədər depozit tələb edən ölkələrin sayı 50-yə çatıb. Yeni əlavə olunmuş ölkələrlə birlikdə Afrika ölkələri siyahının əksəriyyətini təşkil edir, Latın Amerikası və Asiya-Sakit Okean regionundan çoxsaylı ölkələr də siyahıya daxil edilib.

Bu arada, ABŞ administrasiyası 2025-ci ilin dekabr ayına qədər vizasız rejim proqramına daxil olan 42 ölkədən olan turistlərin sosial media tarixçəsini nəzərdən keçirməyi planlaşdırdığını açıqladı.

 

Mənbə:T24

Tərtib etdi:Səid Mikayılzadə

 

Gundelik.az

Exit mobile version