ABŞ-nin bir rəsmisi bildirib ki, gəmi “sanksiyaya məruz qalmış Venesuelanın qanunsuz sanksiyalardan yayınmasına aid qaranlıq donanmanın üzvü”dür. Bu əməliyyat bu həftəsonu ikinci, son 2 həftə ərzində isə üçüncü belə əməliyyatdır.
ABŞ Sahil Mühafizəsi anonim bir rəsmiyə istinadla bildirib ki, Venesuela yaxınlığında üçüncü neft tankerini izləyir. Rəsmin sözlərinə görə, gəmi Venesuelanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi gizli donanmanın bir hissəsidir.
Gəminin beynəlxalq sularda hərəkət etdiyi, saxta bayraq altında üzdüyü və məhkəmə tərəfindən müsadirə olunması qərarının olduğu bildirilib.
Hazırda gəminin dəqiq kimə məxsus olduğu məlum deyil və digər bir rəsminin məlumatına görə, gəmi hələ də yoxlanmayıb.
Mənbə: Euronews
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
