ABŞ Prezidenti Donald Tramp Kanada ilə aparılan bütün ticarət danışıqlarının dərhal dayandırıldığını açıqlayıb.
Gundelik.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib. O, Kanadanın “köhnə davranışlarını” tənqid edərək bildirib: “Prezident Ronald Reyqanı tənqid edən reklam yayımladıqlarına görə Kanada ilə bütün ticarət danışıqları ləğv edilir”.
Tramp administrasiyası Kanadadan idxal olunan mallara 35 faizlik gömrük rüsumu tətbiq edib. Bununla belə, ABŞ-Meksika-Kanada Azad Ticarət Sazişinə (USMCA) daxil olan məhsullar bu rüsumlardan azad olacaq.
Bundan əlavə, bəzi Kanada mənşəli məhsullara — o cümlədən metallara 50 faiz, avtomobillərə isə 25 faiz əlavə sektoral gömrük rüsumları tətbiq olunacağı bildirilib.
Gundelik.az
