Gundelik.az Dünya ABŞ Ukraynaya yardımlarını davam etdirəcək
Dünya Xəbərlər

ABŞ Ukraynaya yardımlarını davam etdirəcək

Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya gələcək yardımın Avropanın rəhbərliyi altında həyata keçirilməsinə dair mövqeyini açıq şəkildə ifadə edib.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “The New York Post”a müsahibəsində məlumat verib.

“Biz açıq şəkildə bildirdik ki, Ukraynaya gələcək yardıma Avropa rəhbərlik etməlidir. Bu, danışıqların əsas nəticələrindən yalnız biridir”, – Ağ Ev nümayəndəsi qeyd edib.

Bundan əlavə, Vals vurğulayıb ki, Birləşmiş Ştatlar öz milli borcu ilə artıq Avropanın təhlükəsizliyinə subsidiya verə bilməz.

Aprelin 17-də “Le Monde” qəzeti mənbələrə istinadən yazıb ki, Avropa ölkələri aralarında yaranmış fikir ayrılıqlarına görə Kiyevə əlavə yardım paketi ilə bağlı razılığa gələ bilmirlər. Nəşr Avropa ölkələri arasında yaranan fikir ayrılıqları arasında, xüsusilə atəşkəsdən sonra Ukraynaya qoşun yeridilməsi ilə bağlı fərqli yanaşmaları qeyd edir.

Gundelik.az

Exit mobile version