İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ tərəfindən ələ keçirilən İran gəmisi barədə nələr məlumdur

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələri körfəzə daxil olan İran gəmisini saxlayıb.

Tramp özünün Truth Social platformasında yazıb ki, gəmi dayanmaq barədə edilən xəbərdarlığa cavab vermədiyi üçün ələ keçirilib.

İran isə bu addımı atəşkəsin pozulması kimi qiymətləndirib və bunu “silahlı dəniz quldurluğu” adlandıraraq yaxın zamanda cavab verəcəyini açıqlayıb.

Bu hadisə ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası başlayandan sonra ələ keçirilən ilk gəmi hesab olunur.

Hazırda gəmi ilə bağlı bütün detallı məlumatlar hələ tam açıqlanmayıb, lakin hadisə regionda gərginliyin daha da artacağını göstərir.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az