ABŞ Maliyyə Nazirliyi Rusiyanın A7 ödəniş sistemini, “Grinex” kriptovalyuta birjasını və bir neçə digər şirkəti sanksiyalar siyahısına daxil edib.
Gundelik.az xəbər verir ki, qərar qurumun rəsmi saytında dərc olunub.
Xəzinədarlıq Departamentinin məlumatına görə, ABŞ 2019-cu ildən bəri 100 milyon dollardan çox əməliyyatı emal edərək tanınmış kibercinayətkarlara və fidyə proqramı istehsalçılarına birbaşa dəstək verdiyini düşündüyü “Garantex” kriptobirjasını yenidən sanksiya siyahısına salıb. Eyni zamanda “Garantex”in varisi sayılan “Grinex”, Rusiya və Qırğızıstanda fəaliyyət göstərən üç “Garantex” rəhbəri və altı əlaqəli şirkət də siyahıya əlavə olunub. Departament bu şəxsləri və qurumları zərərli kiber fəaliyyətləri dəstəkləməkdə ittiham edir.
ABŞ maliyyə naziri Skott Bessent isə açıqlamasında Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasının mümkünlüyünü istisna etməyib. Onun sözlərinə görə, prezident Donald Tramp Ukraynadakı münaqişənin sona çatmasını istəyir və bu məqsədlə bütün variantlar nəzərdən keçirilir.
Gundelik.az

