Gundelik.az Dünya ABŞ Rusiyanı 500%-lik ikinci dərəcəli rüsumlarla hədələyib
Dünya Xəbərlər

ABŞ Rusiyanı 500%-lik ikinci dərəcəli rüsumlarla hədələyib

ABŞ Senatı Rusiya Federasiyasını yaxın vaxtlarda Ukraynada atəşkəs üçün qəbuledilməz şərtlər irəli sürəcəyi təqdirdə 500% ikinci dərəcəli tariflərin tətbiqi ilə hədələyib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qanun layihəsi təklif olunub.

Məlumata görə, qanun layihəsini 81 senator dəstəkləyib.

“Bu sənədin məzmunu Rusiyanın sülh məsələsində nə qədər ciddi olduğu barədə çox şey söyləyəcək. Biz bunun əvvəlki kimi olacağından şübhələnirik. Əgər bu, həqiqətən də belə olsa, Rusiya ABŞ Senatından qəti addım gözləyə bilər “, – bəyanatda deyilir.

Bundan əvvəl “Politico” qəzeti Pew Araşdırma Mərkəzinin araşdırmasına istinadən yazmışdı ki, sorğuda iştirak edən amerikalıların, demək olar ki, yarısı ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişə kontekstində Rusiyaya həddindən artıq dəstəyinə görə ondan narazıdır.

Məlumata görə, respondentlərin 43%-i Trampın Ukraynaya və ölkə prezidenti Volodimir Zelenskiyə atəşkəslə razılaşmaq üçün təzyiq göstərmək cəhdlərində Rusiyaya həddən artıq dəstək verdiyinə inanıb.

Gundelik.az

Exit mobile version