İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

ABŞ Rusiya ilə münasibətlərin gələcəyindən danışıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Rusiya ilə tam ticarət əlaqələrinin qurulmasına maneə olmadığını bildirib. O qeyd edib ki, ABŞ və Rusiya arasında əla ticarət tərəfdaşlığına mane ola biləcək heç bir səbəb yoxdur.

Gundelik.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Luna bu fikirləri Rusiya prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi bəyanata münasibət bildirərkən yazıb. Putin oktyabrın 2-dəki çıxışında Rusiyanın ABŞ ilə tam hüquqlu münasibətləri bərpa etməkdə maraqlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin Donald Trampın rəhbərliyi altında ilk növbədə öz maraqlarını əsas götürməsi rasional yanaşmadır və Rusiya da öz maraqlarını rəhbər tutur. Bu maraqlardan biri də ABŞ ilə münasibətlərin normallaşdırılmasıdır.

Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens də açıqlama verərək bildirib ki, Ukraynadakı vəziyyət həll olunacağı təqdirdə, Tramp administrasiyası Rusiya ilə iqtisadi əlaqələri gücləndirməyə hazırdır. Vensin sözlərinə görə, Rusiyanın iqtisadi təcridinin davam etdirilməsi yalnız münaqişənin uzanmasına xidmət edir.

Qeyd edək ki, Putin daha əvvəl də Donald Tramp ilə xüsusi münasibətinin olduğunu bəyan etmişdi.

Gundelik.az