Gundelik.az Dünya ABŞ Qəzzaya humanitar yardım aparan təyyarələr göndərməkdən imtina edir
Dünya Xəbərlər

ABŞ Qəzzaya humanitar yardım aparan təyyarələr göndərməkdən imtina edir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzza zolağına humanitar yardım daşıyan hərbi təyyarələr göndərməyəcək.

Bu barədə Gundelik.az “Reuters-ə istinadən xəbər verir.

“Prezident Tramp Qəzzada fələstinlilərə kömək etmək üçün kreativ həllər tapmağa çağırıb. Biz Qəzza xalqına ərzaq çatdırmaq üçün istənilən effektiv səyləri alqışlayırıq, eyni zamanda onu HƏMAS-ın əlindən kənarda saxlayırıq”, – “Reuters” Ağ Evə istinadən məlumat yayıb.

Ağ Evin humanitar yardım üçün hava dəhlizlərinin təşkilini mənasız və səmərəsiz hesab etdiyi bildirilir.

Bir müddət əvvəl ABŞ-nin vitse-prezidenti J.D.Vens Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşü zamanı ABŞ-nin Fələstini tanımağı planlaşdırmadığını və Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməli olduğuna inandığını bildirib.

Gundelik.az 

Exit mobile version