Gundelik.az Dünya ABŞ prezidenti Donald Trampın ticarət nümayəndəsi bildirib ki, Trampın tarif siyasəti “dəyişməyib”
Dünya Xəbərlər

ABŞ prezidenti Donald Trampın ticarət nümayəndəsi bildirib ki, Trampın tarif siyasəti “dəyişməyib”

ABŞ Ticarət Nümayəndəsi Cemison Qrir bazar günü ABC News-a müsahibəsində deyib:“Onu həyata keçirmək üçün istifadə olunan hüquqi alət dəyişə bilər, amma siyasət dəyişməyib.”Tariflər idxal olunan mallara tətbiq edilən vergilərdir. Bu vergi xarici məhsulları ölkəyə gətirən şirkətlər tərəfindən hökumətə ödənilir.Ali Məhkəmə qərara alıb ki, Tramp ötən ilin aprelində qlobal miqyaslı geniş tarif proqramını tətbiq edərkən səlahiyyətlərini aşmışdı. Qərar yalnız Trampın 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) istinad etməsinə aid idi. Bu qanun onun Ağ Evdəki ikinci müddəti ərzində tətbiq etdiyi tariflərin böyük hissəsini əhatə edirdi.Eyni zamanda, müəyyən mallara və ya müəyyən ölkələrdən idxala yönəlmiş daha spesifik tariflərdən ibarət mürəkkəb sistem qüvvədə qalır. Bəzi məhsullar isə istisna olunub.ABŞ prezidenti Ali Məhkəmənin qərarına dərhal reaksiya verərək başqa bir qanuna əsaslanaraq bütün ölkələrdən idxal olunan mallara 10% yeni tarif tətbiq etdiyini elan edib. Şənbə günü isə bu göstəricini 15%-ə qaldırıb.Yeni tarif dərəcəsi çərşənbə axşamından qüvvəyə minəcək.Qrir bildirib ki, bu plan “IEEPA çərçivəsində tətbiq etdiyimiz tariflərə təxminən bərabər olacaq”.Hazırda Trampın istifadə etdiyi qanun yalnız 150 gün qüvvədə qala bilər. Bundan sonra müddətin uzadılması üçün Konqreslə məsləhətləşmə aparılmalıdır.Eyni zamanda, administrasiya tarifləri artırmaq üçün digər hüquqi mexanizmləri də araşdırır. Qrir ABC-yə müsahibəsində bunu vurğulayıb:“Etdiklərimizi yenidən qurmağın yollarını tapdıq. Bu əvvəlki səlahiyyət kimi çevik deyil, amma bizə uzunmüddətli alətlər verir.”

Tramp uzun müddətdir ki, tariflərin daxili istehsalı artıracağını və yeni iş yerləri yaradacağını iddia edir. O, həmçinin tariflərdən müxtəlif siyasi məqsədlər üçün istifadə edib.O, siyasətini milli təhlükəsizlik məsələsi kimi də əsaslandırmağa çalışıb və ABŞ-ın ticarət kəsirinin ölkə üçün “fövqəladə və qeyri-adi təhlükə” yaratdığını bildirib. Ticarət kəsiri ABŞ-ın ixrac etdiyindən daha çox mal idxal etməsi deməkdir.Lakin tənqidçilər xəbərdarlıq edirlər ki, tariflər istehlakçılar üçün qiymətlərin artmasına və qlobal iqtisadiyyata zərər vurulmasına səbəb olur.Bu ayın əvvəlində Nyu-York Federal Ehtiyat Bankının dərc etdiyi təhlilə görə, Trampın Meksika, Çin, Kanada və Avropa İttifaqından idxal olunan mallara tətbiq etdiyi artırılmış tariflərin xərclərinin 90%-i ABŞ şirkətləri tərəfindən ödənilib.Cümə günkü Ali Məhkəmə qərarı ötən ilin aprelində IEEPA tariflərindən sonra ABŞ-la fərdi razılaşmalar imzalayan ölkələrdə qeyri-müəyyənlik yaradıb.Ağ Ev cümə günü bildirib ki, bu ölkələr yeni qlobal ümumi tarif dərəcəsi ilə – əvvəlcə 10%, ertəsi gün isə 15% – üzləşəcəklər.Administrasiya həmin ölkələrin razılaşmalar çərçivəsində qəbul etdikləri güzəştlərə əməl etməyə davam edəcəyini gözləyir.Qrir CBS News-a ayrıca müsahibəsində deyib:“Biz razılaşmalara sadiq qalacağıq. Tərəfdaşlarımızdan da eyni mövqeni gözləyirik.”Təsirlənən ölkələr arasında Böyük Britaniya da var. O, əksər mallar üzrə 10% tarif barədə razılıq əldə etmişdi, lakin indi Ali Məhkəmə qərarından sonra 15% tariflə üzləşə bilər.Böyük Britaniya hökuməti isə ölkənin ABŞ-la “imtiyazlı ticarət mövqeyinin” davam edəcəyini gözlədiyini bildirib.Dünyanın müxtəlif yerlərində şirkətlər daim dəyişən tarif rejiminin yaratdığı qeyri-müəyyənlikdən şikayət ediblər.Məhsullarının təxminən 60%-ni ABŞ-a ixrac edən Böyük Britaniyalı kostyum şirkətinin həmtəsisçisi Freyzer Smeaton BBC-yə bildirib ki, bu il “əsl emosional dalğalanma” olub və məhkəmə qərarından sonra vəziyyət daha da qarışıb.Onun sözlərinə görə, ötən ilin aprelində IEEPA tarifləri elan edilən gün məhsulların tətbiq olunan tarif sıfırdan 30%-ə qalxıb. Sonra 100%, daha sonra 145% olub və nəhayət 30% tətbiq edilib. Daha sonra bu 20%-ə düşüb, cümə günü qərardan sonra bir neçə saatlıq sıfıra enib, sonra 10%-ə qalxıb və şənbə günü 15% olub.“Çox böyük qarışıqlıq və qeyri-müəyyənliklə üzləşmişik,” – deyə o bildirib.Tramp isə Ali Məhkəmənin qərarını “gülünc, zəif yazılmış və son dərəcə anti-Amerikan” adlandırıb.Müzakirə olunan digər məsələ isə şirkət və istehlakçıların IEEPA tarifləri nəticəsində ödədikləri təxminən 130 milyard dolların geri qaytarılıb-qaytarılmayacağıdır.Tramp əvvəllər bu məsələnin mürəkkəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.Ali Məhkəmə bu tariflərin qanunsuz olduğunu bildirsə də, ödənilmiş vəsaitin geri qaytarılması barədə göstəriş verməyib.ABŞ-ın Maliyyə naziri Skott Bessent CBS-ə müsahibəsində bildirib ki, bu məsələ aşağı instansiya məhkəməsində araşdırıla bilər.O, həmçinin vurğulayıb:“Bu il tarif gəlirləri dəyişməyəcək və gələcəkdə də dəyişməyəcək.”

Tərtib etdi:Jalə Əliyeva

Mənbə:BBC

Gundelik.az

Exit mobile version