İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ ordusu: İrana hücumlarda yaralanan ABŞ əsgərlərinin sayı 200-ə çatdı

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sözçüsü Tim Hawkins bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumları başlayandan bəri yaralanan ABŞ əsgərlərinin sayı 200-ə yüksəlib.

Hawkins qeyd edib ki, bu əsgərlərdən 10-u ağır yaralı hesab olunur.

O, həmçinin əlavə edib ki, yaralananların 180-dən çoxu artıq yenidən xidmətə qayıdıb.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sean Parnell martın 10-da verdiyi açıqlamada bildirmişdi ki, ABŞ və İsrailin İrana hücumlarından sonra təxminən 140 ABŞ əsgəri yaralanıb və onlardan 8-i ağır vəziyyətdədir.

ABŞ və İsrailin İrana hücumları

İsrail və ABŞ Tehran ilə Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda, fevralın 28-də İrana hərbi hücumlara başlayıb.

İran isə buna cavab olaraq İsrailə, həmçinin ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn kimi ölkələrdə müəyyən etdiyi hədəflərə hücumlar həyata keçirib.

ABŞ və İsrailin hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei də daxil olmaqla bir çox yüksək vəzifəli şəxs həlak olub.

İran rəsmilərinin məlumatına görə, bu hücumlarda ölənlərin sayı 1348-i, yaralananların sayı isə 17 mindən çoxdur.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az