Yaxın Şərqdəki mənzərə bir daha tanışdır. Dənizdə hərbi fəaliyyət, havada sərt bəyanatlar və yerdə nəzarət altında olan gərginlik. Bu hekayəni yalnız görünəndən oxumaq natamam olardı. Çünki bu böhran yalnız hərbi böhranla bağlı deyil. Əsl hekayə pərdəarxası kimi yazılır.
Hörmüz boğazı bu gün dünyanın ən vacib tranzit məntəqələrindən biridir. Qlobal neft ticarətinin təxminən üçdə biri buradan keçir. Hər bir hərbi hərəkət enerji qiymətlərinə birbaşa təsir gösdərir. Buna görə də, burada hər hansı bir gərginlik qlobal böhrana səbəb olur. Son günlərdə vəziyyət belə olub: ABŞ hərbi mövcudluğunu artırır. İran Hörmüzlə bağlı təhdidlərini artırır. İsrail ritorikasını artırır.
Bu, yeni müharibə üçün məşq kimi deyil, danışıqlar meydançasının yaradılması prosesi kimidir. Çünki nə ABŞ, nə də İran birbaşa müharibə isdəmir. Lakin hər ikisi masada güc mövqeyində oturmak istəyir. Rəsmi açıqlamalar sərtdir. Lakin əsl danışıqlarliderlər vasitəsi ilə aparılmır. Pərdəarxası işdirak edənlər var: milli təhlükəsizlik müşavirləri, kəşfiyyat rəisləri, xüsusi nümayəndələr və həttta vasitəçi ölkələr. Bu, sanki kölgə diplomatiyası kimidir.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
