Pakistanın paytaxtı İslamabadda ABŞ-İran danışıqları şənbə günü başlayacaq və bir neçə gün davam edəcəyi gözlənilir.
Gundelik.az xəbər verir ki, bu barədə TASS-a mənbə bildirib.
Qeyd edilib ki, otel ABŞ və İran nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. Görüş qapalı formatda keçiriləcək.
Qarşıdan gələn danışıqlarla əlaqədar olaraq şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

