Prezident Donlad Tramp, həftəsonu danışıqların uğursuzluğa düçar olması və ABŞ-ın İran limanlarını blokadaya alınmasına səbəb olmasında sonra İrandaki müharibəyə son qoymaq məqsədi daşıyan danışıqların bu həftə sonu bərpa oluna biləcəyini bildirib.
Trampın “New York Post” qəzetinə verdiyi müsahibədə “Siz orada (İslamabadda) qalmalısınız, çünki növbəti iki gün ərzində nəsə baş verə bilər və biz ora getməyə daha çox meyilliyik” dediyi bildirilir.
Onun bu sözləri Amerika ordusunun ABŞ qüvvələrinin əməliyyatın ilk 36 saatda “dəniz yolu ilə İrana daxil və çıxan iqtisadi ticarəti tamamilə dayandırdığını” deməsi ilə əlaqədardır. Bu qarşıdurma gələn həftə davam edən iki həftəlik atəşkəs perspektivlərinə şüphələr yaradıb.
İran tərəfi hələ Trampın sözlərinə cavab verməyib, lakin Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş danışıqların yenidən başlamasının “çox ehtimallı” olduğunu bildirib.
İstinad: BBC
Tərtib edən: Cəfərova Kəmalə
Gundelik.az
