Oktyabr 20, 2026
Baku
Siyasət Xəbərlər

Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək

Əcnəbilərə və vətəndaşlığı olmayan bəzi şəxslərə müvəqqəti yaşamaq üçün uzunmüddətli icazə veriləcək.

Gundelik.az xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, aqroparkın rezidentinin – hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi təklif edilir.

Təklif qəbul olunduğu halda icazələr 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək nəzərdə tutulacaq.