İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ FIFA World Cup azarkeşləri üçün 15 000 dollarlıq viza depoziti tələbini ləğv etdi – Dünya çempionatına görə yeni güzəşt

ABŞ, 50 ölkədən olan və Dünya Çempionatı bileti olan futbol azarkeşləri üçün tətbiq etdiyi 15 000 dollar dəyərində viza depoziti tələbini ləğv edib.

Bu qərara əsasən, yalnız təsdiqlənmiş oyun biletləri ilə turnirə gedən azarkeşlər artıq bu depoziti ödəmək məcburiyyətində olmayacaqlar.

Bu viza depoziti tələbi ötən il tətbiq edilmişdi və məqsəd vizanı aşaraq ölkədə qalma hallarını azaltmaq idi. Qaydaya görə, depozit səyahətçinin ölkədən vaxtında çıxması halında geri qaytarılırdı.

ABŞ Dövlət Departamentinin məlumatına görə, bu 12 aylıq pilot proqram geniş miqyaslı immiqrasiya nəzarət tədbirlərinin bir hissəsi idi və “yetərli yoxlama və təhlükəsizlik məlumatı olmayan halların qarşısını almaq” məqsədi daşıyırdı.

Turnirin futbolçuları və məşqçiləri əvvəldən bu tələbdən azad idi, lakin adi azarkeşlər üçün bu güzəşt yalnız indi tətbiq olunub.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az