Gundelik.az Dünya ABŞ-dən üç milyon miqrant deportasiya edilib
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

ABŞ-dən üç milyon miqrant deportasiya edilib

ABŞ daxili təhlükəsizlik katibi Kristi Noem ötən il 3 milyon miqrantın deportasiya olunduğunu elan edib.

Gundelik.az xəbər verir ki, bu barədə katib “X sosial media platformasında paylaşıb.

Qeyd edilib ki, onlardan 2,2 milyon nəfər könüllü olaraq ABŞ-ni tərk edib və 675 mindən çox insan isə zorla deportasiya edilib.

O, həmçinin bildirib ki, ötən il ABŞ-nin cənub sərhədindən fentanil qaçaqmalçılığı 2024-cü illə müqayisədə təxminən 50% azalıb.

Exit mobile version