ABŞ daxili təhlükəsizlik katibi Kristi Noem ötən il 3 milyon miqrantın deportasiya olunduğunu elan edib.
Gundelik.az xəbər verir ki, bu barədə katib “X“ sosial media platformasında paylaşıb.
Qeyd edilib ki, onlardan 2,2 milyon nəfər könüllü olaraq ABŞ-ni tərk edib və 675 mindən çox insan isə zorla deportasiya edilib.
O, həmçinin bildirib ki, ötən il ABŞ-nin cənub sərhədindən fentanil qaçaqmalçılığı 2024-cü illə müqayisədə təxminən 50% azalıb.
