Avqust 22, 2026
Baku
Dünya Hadisə Xəbərlər

ABŞ-də təyyarə qəzası: 8 nəfər öldü

ABŞ-nin Alyaska ştatında göyərtəsində səkkiz nəfər (bir pilot və yeddi sərnişin) olan təyyarə qəzaya uğrayıb.

Gundelik.az xəbər verir ki, hadisə barədə “Anchorage Daily News” nəşri Birləşmiş Ştatların Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurasının (NTSB) açıqlamasına əsasən xəbər yayıb.

Rəsmi orqanların məlumatına əsasən, “Cessna 441” markalı yüngülmühərrikli təyyarə Ankoricdən ştatın cənub-qərb sahilində yerləşən Keyp-Nyunhem burnuna doğru hərəkət edirmiş.

Həmin ərazidə ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom və radiolokasiya stansiyası yerləşir. Ankoricdəki aviabələdçilər hava gəmisinin təyinat məntəqəsinə çatmadan yerə çırpılması barədə siqnal qəbul ediblər.

“Təyyarədə olan şəxslərdən kiminsə sağ qalıb-qalmadığı hələlik məlum deyil”, – deyə nəşr vurğulayıb.