Pekin cümə günü ABŞ-dən gələn mallara əlavə rüsumlar tətbiq edildiyini elan edib.
Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” Çin Maliyyə Nazirliyinə istinadən yazır.
“Çin ABŞ-dən gələn bütün mallar üçün rüsumları 84%-dən 125%-ə qaldırır. Tədbir aprelin 12-dən qüvvəyə minəcək”, – “Bloomberg” qeyd edib.
“Bu tədbir ABŞ prezidenti Donald Trampın Çindən gələn mallara rüsumları artırmasından sonra atılıb”, – agentlik xatırladır.
“Bazarın artıq Çinə ixrac edilən Amerika mallarını indiki tarif səviyyələrində qəbul etmək imkanının olmadığını nəzərə alsaq, Amerika tərəfi daha sonra ABŞ-yə ixrac edilən Çin mallarına tariflər tətbiq etməyə davam edərsə, Çin tərəfi buna əhəmiyyət verməyəcək”, – Çin Maliyyə Nazirliyinin bəyanatında vurğulanıb.
Əvvəllər Amerika mediası Ağ Evə istinadən xəbər vermişdi ki, Amerika Çindən gələn mallara rüsumlar hazırda 145% təşkil edir.
Gundelik.az
