ABŞ BMT-nin humanitar proqramlarına 2 milyard dollar ayıracaq ki, bu da Vaşinqtonun əvvəlki illərdəki töhfəsindən təxminən doqquz dəfə azdır.
Gundelik.az xəbər verir ki, bu barədə BMT-nin məlumatında deyilir.
Qeyd edilib ki, ABŞ-nin son illərdə verdiyi töhfələr 17 milyard dollara çatıb. Lakin ABŞ administrasiyası hesab edir ki, hətta 2 milyard dollarlıq töhfə belə Vaşinqtonun BMT-nin humanitar proqramlarının ən böyük donor statusunu qoruyub saxlamasına imkan verəcək.
Bildirilib ki, bu ixtisarlar Beynəlxalq Miqrasiya Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı kimi BMT qurumları üçün ciddi problemlər yaradacaq.

