Gundelik.az Dünya Kurti-nin hakim partiyası Kosovoda seçkilərdə qələbə qazanıb
Dünya Xəbərlər

Kurti-nin hakim partiyası Kosovoda seçkilərdə qələbə qazanıb

Sosial yönümlü Vetevendosje partiyası Kosovoda böyük qələbə qazanıb.
Sosial yönümlü Vetevendosje (Öz Müəyyənlik) Partiyası fevral ayında hökumət qurulmasına mane olan 10 aylıq siyasi blokadadan sonra keçirilən növbədənkənar parlament seçkilərində qəti qələbə qazanıb.
Kosovo-nun Baş Naziri Albin Kurtinin rəhbərlik etdiyi partiyanın növbədənkənar parlament seçkilərində qələbə qazandığı hazırki nəticələr göstərir ki, bu onun növbəti dönəm üçün vəzifədə qalmasına yol açacaq.
Rəsmi məlumatlara görə, Vetevendosje partiyası (LVV) təxminən 50% səs toplayıb və iki sağ-mərkəz yönümlü partiyanı – Kosovo Demokratik Partiyası (PDK) 21% və Kosovo Demokratik Liqası (LDK) 14% səslə xeyli qabaqlayıb.
Seçki nəticələri açıqlanandan sonra Kurti bildirib: “Ölkə tarixindəki ən böyük qələbə münasibətilə təbrik edirəm. İndi qarşımızda çox iş var”.
Bu növbədənkənar seçkilər 10 aylıq siyasi böhrandan sonra keçirilib. Fevralın 9-da keçirilmiş əvvəlki seçkilərdə LVV ən çox səs toplayıb, amma hökumət qura bilməyib. Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan etdikdən bəri ilk dəfə hökumət qura bilməyib.
Mənbə: Euronews
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version