Gundelik.az Mədəniyyət və cəmiyyət Diet və fitness trendləri: Sağlamlıq, yoxsa mif?
Mədəniyyət və cəmiyyət Müsahibə

Diet və fitness trendləri: Sağlamlıq, yoxsa mif?

Son illərdə fərqli qidalanma və məşq üsulları gündəlik həyatımızda böyük populyarlıq qazanıb. İnsanlar qısa zamanda ideal çəkini əldə etmək, enerjili olmaq və sağlam qalmaq üçün bu üsulları sınayır. Sosial media və məşhur şəxslərin təsiri ilə bu trendlər daha da sürətlə yayılır, lakin onların uzunmüddətli təsirləri hələ də müzakirə mövzusudur.
Bu gün, dietoloq İlkin Məmmədkərimov ilə trend üsulların faydaları, riskləri və balanslı qidalanmanın önəmi barədə danışdıq.
Günümüzdə populyar diyeta trendləri (keto, intermittent fasting və s.) həqiqətən sağlamlığa faydalıdırmı?
-Son vaxtlar keto, intermittent fasting və digər trend dietlər çox yayılıb. Qısa müddətdə çəkini azaltmağa kömək edə bilər, amma uzun müddətdə bəzi riskləri var – vitamin çatışmazlığı, enerji düşməsi və bəzən hormon balansına təsir.
“Superfood” və müxtəlif suplementlər gündəlik qidalanmada əslində nə qədər önəmlidir?
-Superfood və suplementlər faydalı ola bilər, amma əsas qida balansını əvəz etmir. Sağlam qalmaq üçün müxtəlif qidalanmaq, kifayət qədər su içmək və aktiv olmaq vacibdir.
Trend dietlərin uzunmüddətli risk və faydaları nələrdir?
-Trend dietlərə başlayanda hər kəs əvvəlcə öz sağlamlıq vəziyyətini nəzərə almalı, lazım olsa dietoloqla məsləhətləşməlidir. Sürətli nəticələr gözləməkdənsə, davamlı və balanslı vərdişlər uzun müddətdə daha faydalıdır.
Sosial medianın təsiri ilə insanların diyeta və fitness seçimlərinə baxışı necə dəyişir?
-Sosial media insanların trend dietlər və fitness proqramları barədə məlumat almaq və təsir görmək imkanını artırır. Amma hər zaman təqdim olunan məlumatlar hər kəs üçün uyğun olmaya bilər, buna görə fərdi ehtiyaclar nəzərə alınmalıdır.
Beləliklə, trendlər qısa müddətli maraq yaratsa da, sağlamlıq üçün əsas olan balanslı qidalanma, aktiv həyat tərzi və davamlı vərdişlərdir. Sağlam qalmaq yalnız bir üsulla deyil, ümumi həyat tərzi ilə təmin olunur.
Hazırladı: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version