İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ aviaşirkətlərinin yanacaq xərcləri sürətlə artır

ABŞ Nəqliyyat Departamenti mart ayında aviaşirkətlərin yanacaq xərclərinin 56,4 faiz artdığını bildirib.

Bu barədə Gundelik.az “The Hill” qəzetinə istinadən xəbər verir.

Bəyanatda qeyd olunur ki, mart ayında ümumi yanacaq xərcləri 5,06 milyard dollar təşkil edib. Bu göstərici fevral ayında 3,23 milyard dollar təşkil edib.