Avqust 23, 2026
Baku
İqtisadiyyat Xəbərlər

ABB-nin nizamnaməsinə dəyişiklik ediləcək

Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Gundelik.az xəbər verir ki, yığıncaq sentyabrın 30-na təyin olunub.

Məlumata görə, səsvermənin qiyabi şəkildə, Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

  • 1. Maliyyə Nazirliyinin nümayəndəsinin Bankın Müşahidə Şurasında təmsil olunması;
  • 2. ABB-nin Nizamnaməsinə dəyişiklik edilməsi;
  • 3. ABB-nin Müşahidə Şurası haqqında Əsasnaməyə dəyişiklik edilməsi.