İyul 8, 2026
Baku
Dünya Xəbərlər

AB-dən Afinaya Türkiyə xəbərdarlığı: Türkiyəyə ehtiyacımız var

Son dövrlərdə Türkiyənin Avropa Birliyinin müdafiə proqramında iştirakına mane olmağa çalışan Yunanıstana Avropa Birliyindən diqqətçəkən mesaj gəlib. AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Yunanıstan mətbuatına verdiyi müsahibədə bildirib ki, Avropa Birliyinin, xüsusilə müdafiə sahəsində, Türkiyəyə ehtiyacı var.

Avropa Birliyindən Yunanıstana Türkiyə ilə bağlı xəbərdarlıq edilib. Bu xəbərdarlığı edən şəxs isə Kaja Kallas olub.

Yunanıstanın aparıcı qəzetlərindən olan Ta Nea nəşrinə danışan Kallas, xüsusilə müdafiə sahəsində Türkiyə ilə əməkdaşlığın vacib olduğunu vurğulayıb.

O, Avropa Birliyinin 150 milyard avroluq SAFE müdafiə proqramında Türkiyənin iştirakına mane olmağa çalışan Yunanıstana yönəlmiş mesajında belə deyib:

“Türkiyə ilə mümkün olan ən geniş şəkildə əməkdaşlıq etməyi tövsiyə edirik. Müdafiə sahəsində Türkiyənin SAFE proqramında iştirak etməməsinə baxmayaraq, üzv dövlətlər Türkiyə ilə daha sıx əməkdaşlıq üçün çalışırlar. Çünki onların əksəriyyəti Türkiyə ilə birlikdə NATO-da təmsil olunur və Türkiyə orada mühüm rol oynayır.”

Kallas, Yunan qəzetinin Türkiyənin iki AB ölkəsini təhdid etdiyi barədə təxribat xarakterli sualına cavab olaraq bildirib ki, Avropa, xüsusilə müdafiə sahəsində, Türkiyə ilə əməkdaşlığa ehtiyac duyur. O, həmçinin Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasındakı əhəmiyyətini vurğulayıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az