Oktyabr 19, 2026
Baku
Xəbərlər

Sadiq Qurbanov: “Türkmənistanla əlaqələr dinamik şəkildə inkişaf edir”

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı barədə məsələyə münasibət bildirərkən saytımıza açıqlamasında  deyib. O, bildirb ki, Prezident öz çıxışında ötən il Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olmasında Türkmənistanın Prezidenti Qurbanqulu   Berdiməhəmmədovun rolunu xüsusi vurğulayıb. Prezident bu platformanın əhməyyətini xüsusi qeyd edib. Türkəminstanla əlaqələr dinamik şəkildə inkişaf edir.  Bu həm siyasi-iqtisadi həm də mədəni və hümanitar sahədə inkişaf edir. Bu qardaşlıq münasibəti bizim eyni soy kökdən gələn millət olmağımızla  bağlıdır.

Gundelik.az