Oktyabr 16, 2026
Baku
Xəbərlər

“Tesla” uça bilən avtomobilini təqdim etdi

ABŞ-nin “Tesla” şirkəti uça bilən “Roadster” elektrik mühərrikli idman avtomobilini təqdim edib. 

Gundelik.az xəbər verir ki, görüntüləri “Tesla“ “X”  hesabında paylaşıb.

Təqdimat “SpaceX” şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonunda baş tutub.

“Mən çox şey görmüşəm, amma beləsini heç vaxt görməmişdim”, – “Tesla”nın rəhbəri İlon Mask tədbir zamanı bildirib.

Avtomobilin yeniliyi sıxılmış qaz buraxan və “uçuş” zamanı maşının vəziyyətini idarə etməyə imkan verən xüsusi sistemə malik olmasıdır.

Nümayiş zamanı avtomobil maneənin üzərindən uçaraq öz ətrafında çevrilib.