Kimya üzrə Nobel mükafatı laureatlarının adı məlum olub.
Gundelik.az-ın məlumatına görə, builki mükafatı Henri B. Kagan və Kenso Soai qazanıb.
Onlar bu mükafata asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə layiq görülüblər. Bu, kimyəvi reaksiyalarda müəyyən molekulların bir-birini daha çox yaratmasına və reaksiyanın öz-özünü sürətləndirməsinə yol açan prosesdir.
Məlumat üçün bildirək ki, Henri B. Kagan 1930-cu ildə Fransanın Boulogne-Billancourt şəhərində anadan olub. O, asimmetrik kataliz sahəsinin öncüllərindən biri sayılır. Henri B. Kagan həmçinin asimmetrik katalizdə qeyri-xətti effektlərin öyrənilməsinə mühüm töhfələr verib.
Kenso Soai isə 1950-ci ildə Yaponiyada doğulub. Yapon üzvi kimyaçısı daha çox asimmetrik avtokataliz üzrə işləri ilə tanınır. Onun tədqiqatları kimyəvi sistemlərdə asimmetriyanın necə yarana biləcəyi və formalaşması məsələlərinin araşdırılmasında əhəmiyyətli rola malik olub.
Qeyd edək ki, Nobel həftəsi oktyabrın 5-dən 12-dək davam edəcək. Belə ki, oktyabrın 5-də fiziologiya və ya tibb üzrə, dünən isə fizika üzrə mükafatın laureatları elan olunub.
Oktyabrın 8-də ədəbiyyat, 9-da Nobel Sülh mükafatı laureatının adı elan ediləcək.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı isə oktyabrın 12-də açıqlanacaq.
