Oktyabr 7, 2026
Baku
Ölkə Xəbərlər

Bakıda dövlət qurumunun inzibati binası 7 milyon manata təmir ediləcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Bakı şəhəri, Nərimanov rayonunda yerləşən inzibati binasında təmir və yenidənqurma işlərinin görülməsi ilə bağlı işlərə başlayır.

Gundelik.az-ın əladə etdiyi məlumata görə, qurum bununla bağlı “El-Seym İnşaat” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə müqavilə bağlayıb.

Məlumata əsasən, müqavilənin ümumi dəyəri 7 milyon 152 min 174,5 manat təşkil edir.

Təmir və yenidənqurma işləri Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən, qurumun 1 saylı Bakı Ərazi İdarəsinin inzibati binasında aparılacaq.