Ağdərədə yeni yarımstansiyanın tikintisinə başlanılır.
Bu barədə Gundelik.az “Azərişıq” ASC-dən məlumat əldə edib.
Belə ki, Ağdərə rayonu ərazisində yeni 35 kV-luq yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinin aparılması nəzərdə tutulub.
Məlumata əsasən, qurum bu işləri “Harmony İndustrial Construction and Engineering Group” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Sözügedən işlərə ümumilikdə 3,9 milyon manat vəsaitin sərf olunacaq.
