Sentyabr 28, 2026
Baku
Ölkə Xəbərlər

Liseyin yaxınlığında ağac yandı, məktəbin elektrik xətləri zərər gördü

Bu gün “Zəngi” liseyinin yaxınlığındakı yaşayış kompleksinin həyətində ağacın yanması nəticəsində məktəbin akt və idman zalına gələn elektrik xətləri zərər görüb.

Gundelik.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qısa müddətdə təhsil müəssisəsinə elektrik enerjisinin verilməsi bərpa olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Tədris prosesi normal qaydada davam edir.

Gundelik.az