Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkar edilib.
Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Mumbay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə və baqajına stasionar rentgen qurğusu tətbiq edilməklə baxış keçirilib.
Yoxlama zamanı vətəndaşa məxsus karton qutunun içərisindəki sobanın müxtəlif hissələrində gömrük nəzarətindən gizlədilən 77 920 manat dəyərində dərman vasitələri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
