Avqust 22, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Gündə 5 qramdan çox duz qəbul etməyin: Səhər üz və əlləriniz şişirsə, səbəb duz ola bilər

Duz orqanizm üçün vacib olsa da, həddindən artıq istehlakı sağlamlıq üçün ciddi risklər yaradır. Ümumdünya Səhiyyə Təşkilatı böyüklərə gündə 5 qramdan az duz qəbul etməyi tövsiyə edir. Bu miqdar təxminən bir silmə çay qaşığına bərabərdir və gün ərzində bütün qidalardan alınan ümumi duzu əhatə edir.

Həddindən artıq duz yalnız yüksək təzyiqə səbəb olmur. Uzun müddət çox miqdarda natrium qəbulu ürək-damar və böyrək sağlamlığına mənfi təsir göstərir,  kalsium itkisini artıraraq xüsusilə kalsium və D vitamini çatışmazlığı olan insanlarda sümük sağlamlığı üçün risk yaradır.

Səhərlər üz, əllər və ayaqlarda yaranan şişkinliyin səbəbi də duz ola bilər. Çox natrium orqanizmdə suyun tutulmasına, nəticədə ödəm və şişkinliyə səbəb olur. Lakin təkrarlanan və nəzərəçarpacaq şişkinlik yalnız duzla əlaqələndirilməməli, həkim tərəfindən qiymətləndirilməlidir.

Mütəxəssislər bildirirlər ki, duz qəbulunu azaltmaq üçün sadəcə yeməyə əlavə duz səpməyi dayandırmaq kifayət deyil. Çörək, pendir, zeytun, kolbasa və digər emal olunmuş məhsullar, hazır şorbalar, konservlər, turşular, souslar, çips və fast-food da yüksək miqdarda gizli duz ehtiva edir.

Duzun miqdarını azaltmaq üçün qida etiketlərini oxumaq, paketlənmiş məhsulları məhdudlaşdırmaq və daha çox təzə qidalara üstünlük vermək tövsiyə olunur. Yeməklərə dad vermək üçün kəklikotu, rozmarin, reyhan, zirə, sumaq, sarımsaq, limon suyu və sirkədən istifadə etmək olar.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az