Avqust 25, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Şəkərli içkilər mədə xərçəngi riskini 2,45 dəfə artırır

Şəkərli içkilərin müntəzəm istehlakının piylənmə, diabet və ürək-damar xəstəlikləri ilə yanaşı, mədə xərçəngi riski ilə də əlaqəli ola biləcəyi müəyyən edilib.

Gastro Hep Advances jurnalında dərc olunan araşdırmada 112 284 nəfərin uzunmüddətli məlumatları təhlil edilib. Nəticələrə görə, gündə ən azı bir porsiya şəkərli içki qəbul edənlərdə mədə xərçəngi riski ayda bir dəfədən az istehlak edənlərlə müqayisədə 2,45 dəfə yüksək olub.

Risk artımı həm qadınlarda, həm də kişilərdə müşahidə edilib. Qadınlarda isə gündə bir dəfədən çox şəkərli içki qəbul edənlərdə riskin 3 dəfəyə qədər yüksəldiyi bildirilib.

Araşdırmada içkilərdə əsas şirinləşdirici maddələrdən biri olan fruktozun qəbulunun artması ilə mədə xərçəngi hallarının da artdığı müəyyən edilib. Bununla belə, süni şirinləşdiricilərdən istifadə edilən “light” və pəhriz içkilərində eyni risk artımı müşahidə olunmayıb.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az