ABŞ-da 12 milyondan çox insanın məlumatlarının təhlil edildiyi araşdırmada pilotlar və kabin heyəti ilə bağlı diqqətçəkən nəticələr ortaya çıxıb. 500-dən çox peşənin müqayisə edildiyi araşdırmada radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin ən yüksək olduğu iki peşə məhz kabin heyəti və pilotlar olub.
Araşdırmaya görə, kabin heyətində radiasiya ilə əlaqəli xərçənglərdən ölüm ehtimalı digər peşə qrupları ilə müqayisədə 50 faiz, pilotlarda isə 36 faiz daha yüksəkdir.
Tədqiqatda leykoz, limfoma, çoxsaylı mieloma ilə yanaşı dəri, süd vəzi, qalxanabənzər vəz və mərkəzi sinir sistemi xərçəngləri də araşdırılıb.
Mütəxəssislər qeyd ediblər ki, yüksək hündürlükdə uzun müddət işləyən pilotlar və kabin heyəti kosmik radiasiyaya daha çox məruz qalır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
