İsrail Müdafiə Ordusu (ÇAXAL) Livanda BMT-nin sülhməramlı missiyasının postundan təxminən 300 metr aralıda yerləşən Hizbullahın yeraltı komanda mərkəzinin məhv edildiyini bildirib.
Gundelik.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.
Qeyd olunub ki, Livanın cənubundakı bufer zonasında yerləşən Haddata kəndində keçirilən əməliyyatlar zamanı uzunluğu təxminən 55 metr olan yeraltı tunel aşkar edilib. Tunel üç otaqdan ibarət olub və Hizbullah qruplaşması tərəfindən komanda mərkəzi kimi istifadə edilib.
Bundan əlavə, hərbi qulluqçular tunellə birləşən və içərisində çoxlu sayda silah olan yeraltı şaxta da aşkar ediblər.
