“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan şagirdin atası barədə qərar verilib.
Gundelik.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilib.
