Gundelik.az Ölkə “İdrak” liseyində müəllimə atəş açılan silahın sahibi barədə qərar verildi
Ölkə Xəbərlər

“İdrak” liseyində müəllimə atəş açılan silahın sahibi barədə qərar verildi

“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan şagirdin atası barədə qərar verilib.

Gundelik.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul olunub.

Qərara əsasən, təqsirləndirilən Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20% (iyirmi faiz) məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilib.

Exit mobile version