Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.
Gundelik.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.
Məlumata görə, agentliyin ləğv olunduğunu elan yol istismar şirkətləri aşağıdakılardır:
“6 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC – direktoru Tərlan Quliyev;
“10 №-li Yol İstismarı” MMC – direktoru Naməddin Qədirov;
“11 №-li Yol İstismarı” MMC – direktoru Tərlan Məmmədov;
“12 №li Yol İstismarı” MMC – direktoru Rəhman Qədirzadə;
“13 №li Yol İstismarı” MMC – direktoru Əhməd Mirzəbəyov;
“15 №li Yol İstismarı” MMC – direktoru Nizami Sarıyev;
“20 №li Yol İstismarı” MMC – direktoru Zahir Səmədov;
“33 №li Yol İstismarı” MMC – direktoru Mirtağı Abasov;
“45 №li Yol İstismarı” MMC – direktoru Əlirahim Kazımov;
“50 №li Yol İstismarı” MMC – direktoru Ruslan Babayev;
“Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC – direktoru Nizami Məmmədov.
Xatırladaq ki, daha əvvəl Bakı 1, 5, 6, 7, 8, 9 və 10 nömrəli Yol İstismarı MMC-lər, 1, 17 və 18 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-lər, 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.
