Kür çayının Sabirabad, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılacaq.
Gundelik.az xəbər verir ki, bununla əlaqədar Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi hazırlıqları yekunlaşdırıb.
Belə ki, qurum bununla bağlı “Meliorativ Maşın Stansiyası” MMC ilə müqavilə bağlayıb.
Əsaslı təmir üzrə çayda yerinə yetiriləcək daş-betonla sahilbərkitmə işlərinə sərf olunacaq vəsaitin həcmi də məlum olub.
Məlumata görə, sözügedən işlərin icrasına 4,7 milyon manat vəsait sərf ediləcək.
