Gundelik.az Ölkə Kür çayında sahilbərkitmə işlərinə 4,7 milyon manat ayrıldı
Ölkə Xəbərlər

Kür çayında sahilbərkitmə işlərinə 4,7 milyon manat ayrıldı

Kür çayının Sabirabad, Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılacaq.

Gundelik.az xəbər verir ki, bununla əlaqədar Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi hazırlıqları yekunlaşdırıb.

Belə ki, qurum bununla bağlı “Meliorativ Maşın Stansiyası” MMC ilə müqavilə bağlayıb.

Əsaslı təmir üzrə çayda yerinə yetiriləcək daş-betonla sahilbərkitmə işlərinə sərf olunacaq vəsaitin həcmi də məlum olub.

Məlumata görə, sözügedən işlərin icrasına 4,7 milyon manat vəsait sərf ediləcək.

Exit mobile version