Gundelik.az İdman Son çempiondan şok məğlubiyyət: “Arsenal” “Brighton” qarşısında darmadağın olur
İdman

Son çempiondan şok məğlubiyyət: “Arsenal” “Brighton” qarşısında darmadağın olur

İngiltərə Premyer Liqasının 5-ci turunda gözlənilməz mənzərə yaşanır. Son çempion “Arsenal” səfərdə “Brighton” qarşısında 3:0 hesabı ilə geridədir.

Gundelik.az xəbər verir ki, “Brighton” meydanda üstünlüyü ələ keçirib

Görüşün gedişində “Brighton” hücumlarda daha inamlı təsir bağışlayaraq Arsenal müdafiəsini çətin vəziyyətə salıb. Pascal Qross, Charalambos Kostoulas və Chema Andresin qolları meydan sahiblərini böyük üstünlüyə çıxarıb.

Mikel Artetanın komandası mövsümə mükəmməl start vermişdi və ilk dörd Premyer Liqa oyununda qələbə qazanmışdı. Son çempionun Brighton səfərində belə ağır hesabla geridə qalması isə qarşılaşmanın əsas sürprizlərindən birinə çevrilib.

“Brighton” isə öz meydanında həm nəticə, həm də oyun baxımından “Arsenal” üzərində ciddi üstünlük nümayiş etdirir. Qarşılaşmanın son dəqiqələri isə London təmsilçisinin vəziyyəti dəyişib-dəyişə bilməyəcəyini göstərəcək.

Ramal Bəhmənli
Gundelik.az

Exit mobile version