İyul 23, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Yelo Bank Aİ-nin sanksiya siyahısından çıxarılıb

Avropa İttifaqının (Aİ) 21-ci sanksiya paketindən Yelo Bankın adı çıxarılıb.

Gundelik.az bu barədə bazardakı mənbəyə istinadən məlumat verir.

Bildirilib ki, qısa müddət ərzində aparılan birgə işlər nəticəsində Aİ tərəfindən qəbul edilən 21-ci sanksiya paketində Yelo Banka tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Məlumata görə, bu prosesdə Azərbaycan Mərkəzi Bankı, Yelo Bank rəhbərliyi və nümayəndələri, eləcə də Xarici İşlər Nazirliyi və diplomatik nümayəndəliklərin əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, əldə edilən nəticə səmərəli əməkdaşlıq və koordinasiyalı fəaliyyətin nəticəsidir.