Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançeslə telefon danışığı aparıb.
Tərəflər Türkiyə–İspaniya ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan İspaniya milli komandasını futbol üzrə Dünya Kubokunda qazandığı qələbə münasibətilə Pedro Sançesi təbrik edib.
Türkiyə Prezidenti bildirib ki, Qəzza sakinlərinin dağıntılar arasında İspaniyanın çempionluğunu sevinclə qeyd etməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, İspaniyanın Fələstin məsələsində nümayiş etdirdiyi vicdanlı və mənəvi mövqe dünyanın müxtəlif ölkələrində futbol azarkeşlərinin də rəğbətini qazanıb.
Ərdoğan həmçinin Pedro Sançesi NATO-nun Ankara Sammiti çərçivəsində qəbul etməkdən məmnunluq duyduğunu bildirib.
Söhbət zamanı Türkiyə–İspaniya Hökumətlərarası Zirvəsi münasibətilə Pedro Sançesin 2027-ci ilin əvvəlində yenidən Türkiyəyə səfər etməsinin məmnunluqla qarşılanacağı da vurğulanıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
