İyul 17, 2026
Baku
Ölkə Xəbərlər

Bakı Metrosu rəqəmsal həllərlə bağlı işlərə 5,3 milyon manat xərcləyəcək

Bakı Metropoliteni QSC rəqəmsal həllərlə bağlı işlərin həyata keçirilməsi ilə əlaqədar hazırlıqlara başlayıb.

Gundelik.az xəbər verir ki, qurum rəqəmsal həllərin tətbiqi xidməti ilə bağlı satınalma müsabiqəsi elan edib.

Belə ki, qatarların hərəkət qrafikinin idarəetmə platforması, üz tanıma texnologiyasına əsaslanan davamiyyətə nəzarət sistemi, əlaqə mərkəzi platforması, hüquqi sənədlərin mərkəzləşdirilmiş idarəetmə platforması, təlim və imtahan platforması, biznes müştəriləri ilə əlaqələrin idarə edilməsi (CRM) platforması, istismar əməliyyatlarının rəqəmsal idarəetmə platforması, işə qəbul portalı, metrostar platforması, səriştələrin qiymətləndirilməsi platforması, metro arxivinin rəqəmsallaşdırılması və elektron idarəetmə sistemi, “Bakı Metropoliteni” QSC-də SOS çağırış panellərinin yenilənməsi və mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması nəzərdə tutulur.

Sözügedən işlərin icrasına 5,3 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.