İsrail parlamenti — Knesset fəaliyyətini vaxtından əvvəl dayandırıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Knessetdəki son iclasda partiyaların maliyyələşdirilməsi haqqında qanun layihəsinin lehinə 62 səs verilib , əleyhinə səs verən olmayıb və sənəd qəbul edilib.
Sənəddə, həmçinin ölkədə oktyabr ayında keçiriləcək seçkilər ərəfəsində parlamentin buraxılmasını nəzərdə tutan müddəa yer alıb.
