İyul 13, 2026
Baku
Hüquq Müsahibə Xəbərlər

Xəlil Süleymanlı: “Süni intellekt hüquq sistemini yeni çağırışlarla üz-üzə qoyur”

Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın bütün sahələrinə təsir göstərdiyi kimi, hüquq sisteminin qarşısında da tamamilə yeni çağırışlar yaradır. Artıq süni intellekt yalnız texnoloji yenilik deyil, həm də hüquqi məsuliyyət, şəxsi məlumatların qorunması, müəllif hüquqları, alqoritmik qərəzlilik və fundamental insan hüquqlarının təmin edilməsi kimi məsələlərin mərkəzində dayanır. Bu sahədə hüquqi tənzimləmənin təkmilləşdirilməsi həm milli, həm də beynəlxalq səviyyədə aktual müzakirə mövzusuna çevrilib.

Bəs mövcud qanunvericilik süni intellektin yaratdığı yeni hüquqi münasibətləri tənzimləmək üçün kifayət edirmi? Süni intellektin qərarlarına görə hüquqi məsuliyyət kimə aid olmalıdır? Şəxsi məlumatların təhlükəsizliyi və müəllif hüquqlarının qorunması necə təmin edilməlidir? Bu və digər aktual suallara aydınlıq gətirmək üçün Gundelik.az xəbər portalı tanınmış hüquqşünas, Bakı 25 saylı Mediasiya Təşkilatının mediatoru Xəlil Süleymanlı ilə həmsöhbət olub. Müsahibədə süni intellektin hüquqi müstəvidə yaratdığı əsas problemlər, onların mümkün həlli yolları və gələcək hüquqi tənzimləmə perspektivləri ətraflı təhlil edilir.

Xəlil müəllim,  Süni intellektin inkişafı hüquqi tənzimləmə baxımından hansı yeni problemləri ortaya çıxarır?

–  Hüquqi məsuliyyətin müəyyən edilməsi Ən mühüm problemlərdən biri süni intellektin səhv qərarı nəticəsində yaranan zərərə görə kimin məsuliyyət daşımasıdır. Məsələn, avtonom avtomobil qəza törədərsə və ya tibbi diaqnostika sistemi yanlış diaqnoz qoyarsa, məsuliyyət.
2. Şəxsi məlumatların qorunması
Süni intellekt böyük həcmdə şəxsi məlumat toplayır və emal edir. Bu isə şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması riskini artırır. Hüquqi baxımdan aşağıdakı məsələlər ön plana çıxır:
-məlumatların qanuni əldə olunması;
-istifadəçinin razılığı;
-məlumatların təhlükəsiz saxlanılması;
-üçüncü şəxslərə ötürülməsi;
3. Ayrı-seçkilik və alqoritmik qərəzlilik.
Süni intellekt öyrədildiyi məlumatlara əsasən qərarlar qəbul edir. Əgər həmin məlumatlarda ayrı-seçkilik varsa, sistem də eyni qərəzli qərarlar verə bilər. Bu isə:
-işə qəbul,
-kredit verilməsi,
-sığorta,
-məhkəmə risklərinin qiymətləndirilməsi kimi sahələrdə insanların hüquqlarının pozulmasına səbəb ola bilər.
4. Süni intellekt tərəfindən yaradılmış:
məqalələr,musiqilər,şəkillər və
proqram kodları üzərində müəllif hüququnun kimə məxsus olması hüquqi mübahisələr yaradır. Bundan əlavə, Sİ sistemlərinin müəllif hüquqları ilə qorunan əsərlərdən icazəsiz istifadə etməsi də ciddi hüquqi problemdir.
5.Süni intellektdən istifadə zamanı aşağıdakı fundamental hüquqların qorunması vacibdir.
-insan ləyaqəti;
-bərabərlik hüququ;
-şəxsi həyatın toxunulmazlığı;
-ifadə azadlığı;
-ədalətli məhkəmə araşdırması hüququ.
Süni intellekt qlobal xarakter daşıdığı üçün ayrı-ayrı dövlətlərin fərqli qanunları hüquqi problemlər yaradır. Buna görə beynəlxalq əməkdaşlıq və vahid standartların hazırlanması vacib hesab olunur.
Gələcəkdə süni intellekt sahəsində milli və beynəlxalq hüquqi normaların daha da təkmilləşdirilməsi hüquq dövlətinin və cəmiyyətin təhlükəsiz inkişafı üçün zəruri olacaqdır.
Gundelik.az